Qubada qadını elektrik cərəyanı vuraraq öldürüb. Bu barədə İnsanoid APA-ya istinadən bu gün, 15 yanvar tarixində xəbər verir.
Çiçi kənd sakini Ələkbərova Bəsti Hüseyn qızı yaşadığı evin həyətində yerləşən hamam otağının qarşısında olan elektrik naqillərinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.