Gədəbəydə həmkəndlilərini alçaldan şəxslər saxlanılıblar. Bu barədə İnsanoid Oxu.az-a istinadən bu gün, 13 iyun tarixində xəbər verir.
Hadisə iyunun 1-i saat 15:00 radələrində rayonun Arıqıran və Əyrəvəng kəndlərinin ərazisində baş verib.
Rayonun Çobankənd kənd sakini Səddam Əliyev, Arıqıran kənd sakinləri Təgin Əliyev və Cəbrayıl Hüseynov həmkəndliləri N.Kazımovu döyüblər. Bundan sonra onlar Kazımovun boğazına ip keçirərək kənd ərazisində gəzdiriblər.
Buna səbəb N.Kazımovun Səddam Əliyevin həyat yoldaşına söz göndərməsi olub.
Sonda Kazımovu S.Əliyevin qayınanasının ayağından zorla öpməyə vadar ediblər.
Polis əməkdaşları tərəfindən S.Əliyev, T.Əliyev və C.Hüseynov saxlanılıblar.
Faktla əlaqədar cinayət işi başlanılıb.