Azərbaycan Ordusunun hərbçisi özünü güllələyərək öldürüb. Bu barədə 18 avqust tarixində Report Hərbi Prokurorluğa istinadən məlumat verib.
Belə ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün tədbirlərin görülməsi təmin olunacaqdır", - məlumatda qeyd edilib.