Mayın 30-da Bakıda 31, rayonlarda 35 dərəcə isti olacaq. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 29 may tarixində məlumat verir.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 26-31° isti olacaq.
Azərbaycanın əksər rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 15-20°, gündüz 28-33°, bəzi yerlərdə 35°, dağlarda gecə 7-12°, gündüz 14-19° isti olacaq.