Bu gün saat 22:00-dan sabah saat 05:00-a qədər Bakının Heydər Əliyev prospektinin 26.4-cü kilometrində hərəkət qismən məhdudlaşdırılacaq. Bu barədə 2 avqust tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bu, qeyd edilən ərazidə "P" tipli istiqamətverici lövhələrin quraşdırılması işlərinin aparılması ilə bağlıdır.
Qeyd olunan vaxt müddətində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.
Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etməyi tövsiyə edib.