Oktyabrın 6-da Heydər Əliyev Sarayında Rusiyanın ictimai xadimi, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək. Bu barədə “Heydər Camalın həyat yolu” mövzusuna həsr olunan tədbir saat 20:00-da başlayacaq.
Bu barədə 27 iyul tarixində Report məlumat verib.
Görüşə biletləri şəhərin bütün kassalarından, Gənclik və 28 MALL ticarət mərkəzlərindən, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindəki kassalardan almaq olar.
Qeyd edək ki, məşhur jurnalist və ictimai xadim M.Şevçenko hər zaman Azərbaycanın haqlı mübarizəsini dəstəkləyib. O, 44 günlük Vətən müharibəsində haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq, Azərbaycan xalqının rəğbətini qazanıb.