Sabah - mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı bulvarında (Dənizkənarı Milli Parkda) konsert proqramı təşkil olunacaq. Bu barədə 9 may tarixində Report məlumat verib.
Hazırda konsertlə əlaqədar “Saat qülləsi” yaxınlığında səhnə quraşdırılır.
Konsert proqramına saat 20:00-da başlanacaq. Tədbirin sonunda isə atəşfəşanlıq olacaq.