Türkiyənin paytaxtı Ankaradakı Heydər Əliyev parkında ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Bu barədə İnsanoid bu gün, 10 may tarixində xəbər verir.
Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov twitter-də paylaşım edib.
“100 illik yubileyi münasibətilə müstəsna şəxsiyyət, böyük dövlət adamı, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad etdik”, - deyə o bildirib.
[caption id="attachment_115440" align="alignnone" width="696"]
Foto Rəşad Məmmədovun Twitter səhifəsi[/caption]