“Bu il Azərbaycan da daxil olmaqla, 8 ölkədə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının buraxılması nəzərdə tutulub”.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda bildirib.
Bu barədə 6 may tarixində Report məlumat verib.
"Bu günə qədər Türkiyə, Rusiya və Qazaxıstanda bu poçt markaları dövriyyəyə buraxılıb", - deyə o qeyd edib.