Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsi Gürcüstanda ehtiramla yad olunub. Bu barədə İnsanoid Report-a istinadən bu gün, 12 dekabr tarixində xəbər verir.
Azərbaycanın Gürcüstandakı səfirliyinin ulu öndərin vəfatının 20-ci ildönümü ilə əlaqədar hazırladığı tədbirlər planına uyğun olaraq, Tbilisidə silsilə tədbirlər keçirilib.
Səfir Faiq Quliyev, səfirliyin əməkdaşları, ictimaiyyət nümayəndələri, jurnalistlər Tbilisidəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Onlar ulu öndərin Rustavi şəhərindəki abidəsini də ziyarət ediblər.