top
Hikmət Hacıyev: Azərbaycan işğala məruz qaldığı dövrdə ABŞ Ermənistanın yanında olub
21 noyabr 2023, 23:28
- ↺ +

Hikmət Hacıyev: Azərbaycan işğala məruz qaldığı dövrdə ABŞ Ermənistanın yanında olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın 30 il davam etmiş işğala məruz qaldığı dönəmdə ABŞ Ermənistanın yanında dayanıb. Bu barədə 21 noyabr tarixində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Pauerin yazısına cavabında X sosial şəbəkədə yazıb.

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 il davam etmiş işğalı zamanı bir milyon azərbaycanlının bədnam və qanlı etnik təmizləməyə məruz qaldığı bir vaxtda ABŞ işğalçı Ermənistan dövlətinin yanında dayanıb”, – Prezidentin köməkçisi qeyd edib.

Onun fikrincə, sözügedən siyasət indi də “eyni formada və təzahürdə davam edir”.

“Akademik və ya peşəkar qərəzsizliyə iddia etmək düzgün olmazdı, belə ki universitetdə “İnsan haqları” təlimləri professoru kimi, Samanta Pauer “Cəhənnəmdən bir problem: Amerika və soyqırımı çağı” adlı təbliğat kitabında Ermənistanın günahsız mülki azərbaycanlılara qarşı törətdiyi soyqırımı və vəhşilik aktları qarşısında tamamilə susqun qalıb. Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi kimi, o, heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkünlərin məsələsini qaldırmağa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etməyə, hətta Ermənistanın işğalını pisləməyə cəsarət etməyib”, – o deyib.

Eyni zamanda Hikmət Hacıyev Pauerin Ruben Vardanyanla sıx əlaqələrinin olduğunu və onları “azərbaycanofobiya” kimi “dəyərlər və maraqların” birləşdirdiyini xatırladıb:

“Avrora” mükafatı çətiri altında Samanta Pauer bu fondun təsisçisi, Ukraynada separatizmi maliyyələşdirən məşhur oliqarx və çirkli pulların yuyulması ilə məşğul olan Ruben Vardanyanla bir araya gəlib. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin üzvləri “Troyka Dialoq”un təsisçisi Ruben Vardanyana qarşı çirkli pulların yuyulması sxemlərinə görə sanksiyalar tələb ediblər. Ruben Vardanyan da 2022-ci ilin oktyabrından Qarabağda möhkəmləndikdən sonra ABŞ-nin dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı.

Azərbaycanofobiya, türkfobiya, siyasi korrupsiya, “pulbazlıq” və qondarma “Avrora” mükafatı altında siyasi spekulyasiyalar, yəqin ki, Ruben Vardanyan və Samanta Pauer arasında paylaşılan dəyərlər və maraqlar idi.

Maskaları çıxarın! Artıq Azərbaycanda USAID-nin əməliyyatlarına yer yoxdur!”.


Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 09:38

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Yerli xəbərlər
Bu gün, 09:17

UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq

Yerli xəbərlər
Bu gün, 09:00

Bakının iki rayonunda işıq kəsiləcək

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 5 noyabr

Xarici xəbərlər
Dünən, 17:51

Xəstəxanada sirli hadisə: Mühafizəçi dünyasını dəyişmiş qadını müşayiət etdi

Yerli xəbərlər
Dünən, 16:31

Səudiyyə Ərəbistanının Kralı və Baş naziri Azərbaycan Prezidentini Zəfər Günü münasibətilə təbrik ediblər

Yerli xəbərlər
Dünən, 16:25

Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Yerli xəbərlər
Dünən, 16:05

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar - YENİLƏNİB

Yerli xəbərlər
Dünən, 16:03

Prezident borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqləyib

Yerli xəbərlər
Dünən, 15:56

Kamran İmanov "Şərəf" ordeni ilə təltif edilib

Yerli xəbərlər
Dünən, 15:38

Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

Yerli xəbərlər
Dünən, 14:40

Cəlilabadda 6 kəndin işığı kəsilib

Xarici xəbərlər
Dünən, 13:36

Serbiyanın keçmiş Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarının Moskvaya uçan təyyarəsi Litva üzərində geri döndərilərək Belqrada qaytarılıb

Xarici xəbərlər
Dünən, 13:26

Insanoid.com təhlil edir: ABŞ seçkilərində Demokratların qələbəsi Tramp üçün nə deməkdir?

Yerli xəbərlər
Dünən, 12:59

Sabah rayonlara dolu düşəcək, Bakıya intensiv yağış yağacaq

Yerli xəbərlər
Dünən, 11:49

"Sükan arxasında dəfələrlə yatıb": Sürücünün məsuliyyətsizliyi faciəyə səbəb oldu

Yerli xəbərlər
Dünən, 11:37

Boşanma mübahisəsindən istifadə edərək qadının mənzilini və avtomobilini ələ keçirdi – Ali Məhkəmədən qərar

Yerli xəbərlər
Dünən, 11:36

Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq

Yerli xəbərlər
Dünən, 11:30

3 yaşınadək uşağı olan bu analara hər ay - 100 manat veriləcək

Yerli xəbərlər
Dünən, 11:17

İpoteka və Kredit Zəmanət Fondu gələn il büdcədən 89 milyon manat alacaq

Yerli xəbərlər
Dünən, 11:14

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat olacaq

Yerli xəbərlər
Dünən, 10:25

Avropa Məhkəməsi Əli Kərimlinin iddiasını rədd etdi

Yerli xəbərlər
Dünən, 09:57

Skuter və velosiped sürənlərə çağırış: Piyada zolağından yeriyərək keçin! - Video

Yerli xəbərlər
Dünən, 09:47

Qırğızıstanda 21 min dollarlıq dələduzluğa görə prokurorluğun xanım "polkovnik"i saxlanılıb

Oxşar xəbərlər