“Ermənistan məsuliyyətdən yayınmaq üçün kütləvi məzarlıqların yeri barədə ətraflı məlumat verməkdən imtina edir”.
Bu barədə 15 avqust tarixində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Haciyev “X”də paylaşım edib.
“Mülki şəxslərin və hərbi əsirlərin saxlandığı, qeyri-insani rəftara və işgəncələrə məruz qaldığı, öldürüldüyü və kütləvi məzarlıqlarda basdırıldığı Şuşa həbsxanası yaxınlığında 4 000 nəfər itkin düşmüş azərbaycanlının daha bir kütləvi məzarlığı müəyyən edilib”, - o, paylaşımda qeyd edib.
Şuşa həbsxanası ərazisində avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları aşkarlanıb.
Another mass grave of 4000 missing Azerbaijanis identifed next to Shusha prison where civilians and PoWs kept, treated inhuman way, tortured, killed and buried in mass graves. Armenia to evade responsibilities refuses to provide detailed info about location of mass graves. @ICRC pic.twitter.com/TjQ311uZ4k
— Hikmet Hajiyev (@HikmetHajiyev) August 15, 2023