Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) yüksək səviyyəli rəsmilərini qəbul edib. Bu haqda Hikmət Hacıyev "Twitter" hesabında məlumat verib.
Hikmət Hacıyev İsrail XİN-in siyasi direktoru Aliza Bin Noun və XİN-in Baş direktorunun müavini, strateji məsələlər şöbəsinin müdiri, səfir Coşua Zarkanı qəbul edib.
Görüşdə Azərbaycanın İsrailə təyin etdiyi səfir Muxtar Məmmədov da iştirak edib.
Pleased to welcome at historical Nobel House and to have broad discussion with @AlizaBinNoun Pol Director at @IsraelMFA, @yzarka on bilateral partnership btw our countries,regional issues of mutual concern.Opening of Azerbaijan's Embassy in ?? will boost further our cooperation. pic.twitter.com/umOl9xnLfo
— Hikmet Hajiyev (@HikmetHajiyev) January 17, 2023