Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov Mərakeşdə Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) büro üzvü və Avropa Şəbəkəsi İdarəetmə Komitəsinin sədri seçilib. Bu barədə Fond məlumat verib.
Avropa Şəbəkəsi İdarəetmə Komitəsinə Azərbaycanla yanaşı, 9 ölkənin (Türkiyə, Macarıstan, Polşa, Belçika, Fransa, Qazaxıstan, Niderland, Böyük Britaniya, İtaliya) müvafiq qurumlarının rəhbərləri də üzv seçilib.
Qeyd olunub ki, BSTA 1927-ci ildə təsis edilib. 160-dan çox ölkənin 330-dək sosial təminat qurumunu özündə birləşdirən və dünyada sosial təminata hərtərəfli dəstək üzrə qlobal kampaniyaya rəhbərlik edən beynəlxalq təşkilatdır.