Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinətin məbləği müəyyənləşib. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə "Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmana edilmiş dəyişiklikdə əksini tapıb.
Bu barədə 12 iyul tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Fərmana əsasən, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət 200 manat müəyyənləşib.