Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 16 yaşlı oğlan bıçaqlanıb. Bu haqda aprelin 15-də Report məlumat verib.
Gənc oğlan tanışı tərəfindən 3 bıçaq zərbəsi alıb. Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma davam edir.