Sumqayıtda hovuza tullanan kişi ölüb. Bu barədə 14 avqust tarixində Lent.az məlumat verib.
Hadisə “Neptun” İstirahət Mərkəzində baş verib. 35 yaşlı Elşad Füzuli oğlu Rəsulov hovuza tullanarkən boynu qırılıb.
O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.