Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBBM) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Bu barədə 29 yanvar tarixində Report məlumat verib.
Türkiyə nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə əklil qoyub.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib. Sonda Hulusi Akar “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.