Hüseyn Həsənov Rusiyada “qara siyahı”ya salınıb. Bu barədə Oxu.az 29 aprel tarixində xəbər verib.
Rusiyalı məşhur bloger və “Arzular Marafonu”nun (“Marafona jelaniy”) yaradıcısı Yelena Blinovskaya vergidən yayınmaqla bağlı saxlanıldıqdan sonra onlarla başqa bloger, o cümlədən Moskvada yaşayan azərbaycanlı Hüseyn Həsənov barədə də yoxlamalara başlanılacaq.
Məlumata görə, onun da adı Rusiya Daxili İşlər Nazirliyinin tərtib etdiyi “qara siyahı”ya salınıb.
Bu adlar səs-küylü həbslərdən əvvəl ortaya çıxıb.
İndiyədək saxlanılan Saşa Mitroşina, Lerçek və Blinovskaya həmin siyahıda ilk yerlərdə olublar. Mitroşina 130 milyon rubl (2,74 milyon manat) vergi borcunu ödədikdən sonra siyahıdan çıxarılıb.