Azərbaycanda icazəsiz taksi sifarişi operatoru kimi fəaliyyət göstərənlər 40 min manat cərimələnəcəklər.
Bununla bağlı 18 avqust tarixində Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
İcazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər 10 000 manat məbləğində, hüquqi şəxslər 40 000 manat məbləğində cərimə ediləcəklər.
Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.