İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Ağcabədi, Ağdam və Laçın rayon sakinlərini qəbul edəcək.
Görüş noyabrın 18-də Ağcabədi şəhəri, Hüsü Hacıyev küçəsi, 104 ünvanında yerləşən Ağcabədi rayon Mərkəzi Xəstəxanasında saat 10:00-da baş tutacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə birgə Ağcabədi, Ağdam və Laçın rayon mərkəzi xəstəxanalarının ümumi şöbələrinə müraciət etməklə, eləcə də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1542 Çağrı mərkəzinə, (+994 12) 310 07 70 (daxili 2117) əlaqə nömrəsinə zəng etməklə və ya Agentliyin rəsmi saytının vətəndaşların qəbulu üçün onlayn qeydiyyat bölməsi vasitəsilə, yaxud [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Qəbula qeydiyyat 17 noyabr 2022-ci il saat 18:00-da başa çatır.