Kürdəmirdə intihar hadisəsi baş verib. Bu barədə 26 iyul tarixində APA məlumat verib.
Hadisə rayonun Pirəköcə kəndində qeydə alınıb.
Rayon sakini, 1975-ci il təvəllüdlü Azər Qaraşov özünü güllələyərək öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Azər Qaraşovun Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı olduğu bildirilir.
Bildirilib ki, Azər Qaraşov intihar etməyib, silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən həyatını itirib.