Türkiyənin İğdır şəhərində Azərbaycanın Qarabağda əldə etdiyi tarixi Zəfərin ikinci ildönümünə həsr olunmuş bayram tədbiri keçirilib. Bu barədə 8 noyabr tarixində Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Tədbir şəhərin Atatürk küçəsindəki Heydər Əliyev parkında baş tutub.
Burada çıxış edən İğdır-Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal bu tarixi hadisəni Türkiyə-Azərbaycan qardaşlığının zirvəsi adlandırıb: “Azərbaycan türklərinin Ermənistana qarşı qazandıqları Qarabağ zəfəri Çanaqqala və Malazgirt zəfərləri kimi türk tarixinin böyük zəfərlərindəndir”.