Bakıda ölümlə nəticələnən yol qəzası olub. Bu barədə 8 fevral tarixində Lent.az məlumat verib.
Hadisə Xəzər rayonu ərazisində baş verib. Rufiyev Həmid İmaş oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil "Saipa" markalı avtomobillə toqquşub. Sonra onun avtomobili yol kənarında olan 73 yaşlı piyada Şahbazov Nağdəli Şahvəli oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.