Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə oktyabrın 27-də APA xəbər verib.
Hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Belə ki, "VAZ 2106" markalı minik maşını digər avtomobillə toqquşub. Nəticədə üç nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.