Bilgəhdə iki gün əvvəl batan şəxsin meyiti tapılıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 13 iyul tarixində məlumat verir.
Bakı şəhərinin Sabunçu rayonu Bilgəh qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 kilometr aralı, nəzarətsiz ərazi) batmış 1 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.