Prezident İlham Əliyev Əlcəzairin başçısının dəvəti ilə bu ölkəyə səfərə gəlib. Bu barədə noyabrın 1-də president.az məlumat yayıb.
Dövlət başçısı Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində Fəxri qonaq statusunda iştirak edəcək.
Əlcəzair şəhərinin Huari Bumedyen Beynəlxalq Aeroportunda İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.