Prezident İlham Əliyev Şuşada “4-cü Sənaye İnqilabı Dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxış edərkən bölgələrə səfərləri zamanı maşını özünün idarə etməsinin səbəbini açıqlayıb.
Bu barədə İnsanoid bu gün, 22 iyul tarixində xəbər verir.
Dövlət başçısı bölgələrə səfər zamanı avtomobili özünün idarə etməsinin səbəbini belə açıqlayıb:
“Ölkəni gəzirəm, səyahət edirəm. Və bunu maşınla edirəm. Maşınla hərəkət edəndə daha çox görürəm, nəinki helikopter və ya təyyarə ilə səyahət edəndə. Və yerlərdə olan məmurlar bilirlər ki, gələn dəfə gələndə bunu yoxlayacam, nəzarət edəcəm”.