top
İlham Əliyev Gürcüstanda səfərdə olarkən Zurabişvili onunla hansı səbəbdən görüşməyib?
29 oktyabr 2022, 04:48
- ↺ +

İlham Əliyev Gürcüstanda səfərdə olarkən Zurabişvili onunla hansı səbəbdən görüşməyib?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan dövlət başçısının Gürcüstana səfəri zamanı iki ölkə prezidentinin görüşü baş tutmayıb.

AZfront-un məlumatına istinadən, bununla bağlı Zurabişvili ictimaiyyət qarşısında özünü doğrultmaq istəyərkən bildirdi ki, İlham Əliyevin gəlişindən xəbəri yox idi. Qəribə səslənir. Necə ola bilər ki, Xarici İşlər Nazirliyi qonşu dövlətin başçısının səfəri barədə ölkə prezidentini məlumatlandırmasın?

Onların görüşünün baş tutmamasının səbəbi kimi Fransa Xarici İşlər Nazirliyinin (keçmiş) əməkdaşı Zurabişvilinin son illərdə Gürcüstan-Azərbaycan münasibətlərində dağıdıcı rol oynadığı bildirilir.

Yuxarıda qeyd edilənləri daha aydın buradan görmək olar:


  • 2019-cu ilin fevral ayında Zurabişvili prezident ikən Azərbaycana səfər etdi. Öz növbəsində qarşı tərəf Prezident Əliyevi Gürcüstana cavab səfərinə dəvət etdi. Lakin 2019-cu ilin aprelində Zurabişvili Azərbaycanla heç bir razılaşma olmadan bir qrup jurnalist və qərbyönümlü QHT funksionerlərinin müşayiəti ilə qəfildən Qafqaz Albaniyasının Keşikçidağ monastır kompleksini ziyarət etdi. Azərbaycan buranı öz ərazisi hesab edir. Adıçəkilən ərazi Sovet dövrünün inzibati bölgüsünə görə, AzSSR-in tərkibində olub. Müvafiq topoqrafik xəritələr hələ 1963-cü ildə Gürcüstanın Ali Soveti tərəfindən təsdiq edilib. Ona görə də Zurabişvilinin Bakı ilə razılaşdırılmamış səfəri iki qonşu, dost ölkə arasında gərginlik yaratmaq məqsədilə təxribat kimi qəbul edilib. Təbii ki, həmin hadisədən sonra İlham Əliyevin Tbilisiyə cavab səfəri qeyri-müəyyən vaxta (nəticədə 4 ilə yaxın) təxirə salındı.

  • 2022-ci ilin sentyabrında, Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən dərhal sonra Zurabişvili birmənalı olmayan reaksiya verdi, lakin fikir bildirməsə idi, daha yaxşı olardı.


Ümumiyyətlə, bu cür davranış Gürcüstanın ənənəvi ehtiyatlı yanaşmasından daha çox Ermənistana birmənalı üstünlük verən Fransanın xarici siyasət xəttinə uyğundur.

Qeyd olunanlara əsaslanaraq, Azərbaycan tərəfi iki prezidentin görüşünün keçirilməsini lazımsız və yersiz hesab edib. Ən azından ona görə ki, Zurabişvilinin rəsmi Bakıya münasibəti Tbilisinin maraqlarından daha çox Parisin üstünlüklərini əks etdirir.

Salome Zurabişvili Parisdə anadan olub. Keçmişdə Fransanın ABŞ-dəki səfirliyinin birinci katibi, Fransanın NATO-dakı missiyasının birinci katibi, Fransa Xarici İşlər Nazirliyinin keçmiş müfəttişi, 2000-ci illərdə - Fransa Milli Müdafiə Baş Katibliyinin beynəlxalq məsələlər və strategiya üzrə rəhbəri vəzifəsində çalışıb. Onun yaxın qohumu (Helene Carrer-d'Encausse) Fransa Elmlər Akademiyasının katibidir.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Bu gün, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Bu gün, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Bu gün, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Bu gün, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Bu gün, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Bu gün, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Bu gün, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Bu gün, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Bu gün, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
Dünən, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Dünən, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
07 noyabr 2026, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
07 noyabr 2026, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
07 noyabr 2026, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
07 noyabr 2026, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
07 noyabr 2026, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Oxşar xəbərlər