Bu gün, aprelin 15-də Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə kənd təsərrüfatında və iqtisadiyyatın digər sahələrində birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti, Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının hər iki ölkənin iqtisadi inkişafında vacib rolu qeyd edilib.
Görüşdə müzakirə edilən digər məqamlar aşağıdakılardır:
- İki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda əldə olunmuş razılıqlar uğurla həyata keçirilir;
- Ticarət dövriyyəsinin daha da artırılması vacibdir.