Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripovu qəbul edib. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadn bu gün, 19 iyul tariixndə xəbər verir.
Bu gün, 19 iyul tarixində baş tutan görüşdə dövlət başçısı bu yaxınlarda Özbəkistan Prezidenti ilə telefon danışığını xatırlayaraq söhbət zamanı Şavkat Mirziyoyevi seçkilərdə inamlı qələbə münasibətilə təbrik etdiyini və əlaqələrimizin bütün istiqamətlərdə müsbət inkişaf dinamikasına malik olmasından məmnunluq ifadə etdiyini bildirdi.
İlham Əliyev əməkdaşlığın perspektivlərinin müəyyənləşdirilməsi baxımından Özbəkistanın Baş naziri Abdulla Aripovun ölkəmizə səfərinin əhəmiyyətini qeyd edib.