Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib.
Bu barədə 28 oktyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.