Prezident İlham Əliyev avqustun 28-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbul edib. Bu barədə 28 avqust tarixində Prezidentin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı Metin Gürakın vəzifəyə təyin olunmasından qısa zaman sonra ölkəmizə səfər etməsinin önəmi qeyd edilib və bu səfərin əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub.
Azərbaycan və Türkiyənin hərbi qurumları arasında səmərəli iş birliyinin həyata keçirildiyi qeyd edilib.