İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Bu barədə 28 iyun tarixində Report məlumat verib.
Dövlət başçıları bir-birini və xalqlarımızı Qurban bayramı münasibətilə təbrik ediblər.
Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.