Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər. Bu barədə 25 avqust tarixində Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı və birinci xanım “AzərEnerji” ASC-nin “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər, “İstisu” Mineral sudoldurma zavodunun tikintisi ilə tanış olublar.
“AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışı baş tutub.
Həmçinin onlar Zar kəndinin təməlqoyma mərasimində iştirak ediblər.