Prezident İlham Əliyev Xələf Xələfovla bağlı Sərəncam imzalayıb. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 24 iyul tarixində xəbər verir.
Sərəncama əsasən, Xələf Əli oğlu Xələfov Azərbaycan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Xələf Xələfov Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.