top
İlham Əliyev Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib
15 fevral 2024, 01:23
- +

İlham Əliyev Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Milli Aviasiya Akademiyasının (MAA) rektoru akademik Arif Paşayevə 90 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Bu barədə İnsanoid Prezidentin Mətbuat Xidmətinə istinadən bu gün, 15 fevral tarixində xəbər verir.

Təbrikdə deyilir:

"Hörmətli Arif müəllim!

Sizi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Görkəmli nəslin nümayəndəsi və ailə dəyərlərini uca tutan şəxsiyyət kimi Sizin alicənablıq, sadəlik və xeyirxahlıqla səciyyələnən şərəfli həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir.

Siz Azərbaycan elminin inkişafında mühüm xidmətləri ilə tanınan dəyərli alimlərimizdənsiniz. Uzun illər ərzində apardığınız sanballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında görülən xüsusi əhəmiyyətə malik işlər elmi ictimaiyyət tərəfindən daim maraqla qarşılanmış, ölkəmizdə və onun hüdudlarından kənarda Sizə şöhrət qazandırmışdır.

Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz təqdirəlayiq fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır. Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olaraq, mülki aviasiyamız üçün yüksəkixtisaslı kadrların hazırlanmasında, habelə Akademiyanın regionun mötəbər ali təhsil müəssisələrindən birinə çevrilməsində böyük əməyiniz vardır.

Çoxsaylı elmi nailiyyətləriniz və təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz həmişə yüksək qiymətləndirilmişdir. Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın və yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə sevgisi isə qazandığınız ən dəyərli sərvətdir.

Əziz Arif müəllim!

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram".

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 14:33

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır

Bütün Xəbərlər
Bu gün, 14:31

Prezident Gömrük Məcəlləsində dəyişikliyi təsdiqləyib

Yerli xəbərlər
Bu gün, 13:40

Naxçıvanda kadr dəyişiklikləri baş tutub

Bütün Xəbərlər
Bu gün, 11:42

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Bütün Xəbərlər
Bu gün, 11:22

Vətəndaşlar MyGov üzərindən FHN-ə müraciət edə biləcəklər

Bütün Xəbərlər
Bu gün, 09:50

DMX: Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qeydiyyat qaydalarını pozması halları artıb

Bütün Xəbərlər
Dünən, 17:31

Azərbaycan pasportu ilə bu ölkələrə vizasız gedə bilərsiniz - SİYAHI

Bütün Xəbərlər
Dünən, 16:48

Azərbaycan notariat hərəkətləri barədə məlumatlar vergi orqanına ötürüləcək

Bütün Xəbərlər
Dünən, 16:07

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Bütün Xəbərlər
Dünən, 16:04

Qisas əməliyyatından 4 il ötür

Bütün Xəbərlər
Dünən, 15:59

XİN: Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Bütün Xəbərlər
Dünən, 15:01

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bütün Xəbərlər
Dünən, 12:08

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Bütün Xəbərlər
Dünən, 12:08

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 10:48

Bakıda velosiped zolaqları və avtobus dayanacaqlarının kəsişməsində təhlükə: Sərnişinlər və sürücülər risk altındadır

Bütün Xəbərlər
Dünən, 09:33

Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır

Bütün Xəbərlər
Dünən, 09:31

Əfsanəvi Ceki Çan film çəkilişləri üçün Bakıya gəlib

Bütün Xəbərlər
01 avqust 2026, 15:47

Tailandın Baş naziri rusiyalı bacı-qardaşın dəhşətli qətlindən sonra üzr istədi

Bütün Xəbərlər
01 avqust 2026, 14:32

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
01 avqust 2026, 13:59

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
01 avqust 2026, 12:25

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
01 avqust 2026, 10:08

MİQ-in nəticələri açıqlanıb, 8 sualda səhv olub

Bütün Xəbərlər
01 avqust 2026, 09:15

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün Xəbərlər
01 avqust 2026, 09:12

Prezident İlham Əliyev sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edib - FOTO

Oxşar xəbərlər