“Bizim əsas dövlət xərclərimiz azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Birincisi, ona görə ki, biz keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək biz 140 min insanı yerləşdirməyi planlaşdırırıq”
Bunu Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində deyib.
Bu barədə 9 dekabr tarixində Report məlumat verib.
Bunun üçün infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsaitin yatırılmasının vacibliyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib: “Bununla yanaşı, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq”.