Bu gün Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib. Bu barədə 26 dekabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Prezident MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak edəcək.
“Pulkovo-1” Hava Limanında dövlətimizin başçısını Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov və digər rəsmi şəxslər qarşıladılar.