İmişli rayon təhsil sektoruna yeni müdir təyin olunub. Bu barədə 21 avqust tarixində APA məlumat verib.
Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Kərim Xeyrulla oğlu Kərimov təyin edilib.
O, bundan əvvəl İmişli rayonu Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.