İmişlidə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanlar var. Bu barədə Report 1 may tarixində xəbər verib.
Ağsu-Kürdəmir-İmişli magistral yolunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində 42 yaşlı Adəm Ağayev idarə etdiyi “Mercedes ML350” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirərək yolun hərəkət istiqamətinin sağ tərəfinə aşıb.
Nəticədə avtomobildə olan 56 yaşlı Qasımov Bayram Məmmədağa oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Ağayev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.