İmişlidə atmosfer havasına tullantılar atan restoranın sahibi cərimələnib. Bu barədə 2 avqust tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
İmişli şəhəri Lətif Vəliyev küçəsindəki “Kral” restoranından atmosferə tüstünün yayıldığı aşkar olunub.
Araşdırma zamanı obyektdə qaz-toztutucu qurğunun quraşdırılmadığı üçün atmosfer havasına normadan artıq tullantının atıldığı müəyyən edilib.
Faktla bağlı obyektin rəhbəri Elvar Usubov barəsində akt, protokol tərtib edilib və o, vəzifəli şəxs qismində cərimələnib.
Eyni zamanda təmizləyici qurğunun quraşdırılması məqsədilə məcburi göstəriş verilib.