İmişli rayonunun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb. Bu barədə 27 dekabr tarixində Report məlumat verib.
2013-cü il təvəllüdlü İmişli rayonunun Qaragüvəndikli kənd sakini Xankişiyev Rasim Vasif oğlu "Boztəpə" su kanalının adıçəkilən kənddən keçən hissəsində su kanalına düşüb.
Hazırda onun tapılması istiqamətində axtarış işləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.