İmişli rayonunda azyaşlı qardaş və bacını avtomobil vurub. Bu barədə Report 29 aprel tarixində xəbər verib.
Belə ki, rayon ərazisində 5 yaşlı İ.Məmmədov və bacısı, 3 yaşlı E.Məmmədova yolu keçərkən avtomobil onları vurub.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.