İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 21 iyun tarixində APA məlumat verib.
Hadisə İmişli şəhərinin Heydər Əliyev prospektində baş verib. "Mercedes" markalı avtomobillə "VAZ 2106" markalı avtomobil toqquşub.
Nəticədə "VAZ 2106" markalı avtomobildə olan sərnişin,1974-cü il təvəllüdlü şəhər sakini Cəfərova Bənövşə Nəriman qızı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.