İmişlidə qanunsuz olaraq ağac kəsən şəxs məsuliyyətə cəlb olunub. Bu barədə İnsanoid DİN-in Mətbuat Xidmətinə istinadən bu gün, 10 yanvar tarixində xəbər verir.
İmişli polisi qanunsuz olaraq ağac kəsib yük avtomobili ilə daşıyan Saatlı rayon sakini R.Rəcəbovu saxlayıb.
Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı kəsilmiş ağaclar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Təbiətə ziyan vuran R.Rəcəbov barəsində İXM-in 252-ci maddəsinə əsasən, protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq, məsuliyyətə cəlb olunub.