Kənd təsərrüfatı naziri İnam Kərimov noyabrın 11-də, saat 09:00-da Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.
Bu barədə 5 noyabr tarixində Nazirlik məlumat verib.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinə (050 318 88 76) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün həmçinin Kənd Təsərrüfatı Nazirliyinin 1652 “Çağrı Mərkəzi”nə zəng etməklə qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyəti təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.