Nəsimi rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 27 iyun tarixində xəbər verir.
Nəsimi polisi qanunsuz narkotik satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Oqtay Nağızadəni saxlayaraq istintaqa təqdim edib. Üzərinə baxış zamanı 3 kiloqrama yaxın yüksək təsiredici narkotik vasitə hesab edilən heroin aşkar edilib.
Sabirabad rayon sakini Rəşad Vəliyev də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən 1 kiloqram heroin aşkar edilib.
Araşdırmalarla müəyyən edilib ki, Oqtay Nağızadə və Rəşad Vəliyev şəxsiyyəti istintaqla araşdırılan “İsa” adlı İran vətəndaşı ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradıblar. Daha sonra onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satıb maddi gəlir qazanmaq niyyəti ilə əldə ediblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Oqtay Nağızadə və Rəşad Vəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.