İranda həbsdə olan Fərid Səfərliyə hökm oxunub. Bunu onun anası Dilarə Əsgərova bildirib.
Bu barədə 18 avqust tarixində APA məlumat verib.
Ona 2 il həbs hökmü çıxarılıb.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, İranda yoxa çıxan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.
Daha sonra ona İranın rəsmi qurumları tərəfindən casusluq ittihamı irəli sürüldüyü məlum olub.