İranda baş verən zəlzələ Naxçıvan ərazisində də hiss olunub. Bu barədə İnsanoid Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bu gün, 17 iyun tarixində xəbər verir.
Yerli vaxtla saat 16:30-da İranın Xoy şəhərində zəlzələ qeydə alınıb.
Maqnitudası 4,6, dərinliyi isə 80 km olan yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında da 3 bala qədər hiss olunub.